Onlar hər zaman təhlükəsizliyimizin keşiyindədirlər, müdafiəmizi təmin edirlər. Bu günlər isə onların peşə bayramıdır. Bu vacib peşə sahiblərinin bayramlarını isə Unibank özünəməxsus şəkildə təbrik edir. 16 dekabr Fövqəladə Hallar Nazirliyi, 17 dekabr isə Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günləri münasibəti ilə Unibank-dan 0% komissiyalı nağd kredit kampaniyası başladı. Peşə bayramları ilə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi əməkdaşları üçün 16-23 dekabr, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları üçün isə 17-24 dekabr tarixləri ərzində Unibank-da nağd kreditlər komissiyasız olacaq. Kampaniya müddətində FHN və MSN sistemində çalışanlar 10.000 AZN-dək nağd krediti 0% komissiya ilə götürə biləcəklər.
Artıq siz iş yerinizdən arayış gətirmədən də Unibank filiallarına kredit almaq üçün müraciət edə bilərsiniz. Bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Unibank “Elektron Hökümət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.
İldən- ilə xidmət şəbəkəsini genişləndirən Unibankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.
“Unibank” - hər kəsin bankı.