"Bakıelektrikşəbəkə"də ixtisar yoxdur - <span style="color:red;">MÜNASİBƏT
08 yanvar 2015 14:13 (UTC +04:00)

"Bakıelektrikşəbəkə"də ixtisar yoxdur - MÜNASİBƏT

0

“Bakıelektrikşəbəkə” ASC adıçəkilən qurumda çalışan 900 nəfərin ixtisara salınması ilə bağlı məsələyə münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: ““Bakıelektrikşəbəkə”də heç bir ixtisar aparılmır”.

Mətbuat katibi onu da vurğulayıb ki, Şirkətin idarələrində çalışan işçilərin gələcəkdə də ixtisarı nəzərdə tutulmur: “Bu barədə söhbət gedə bilməz”- deyə, T. Mustafayev əlavə edib.

 

Qeyd edək ki, bəzi informasiya agentliklərində yayılan məlumatlarda qeyd olunur ki, “Bakıelektrikşəbəkə”nin900 işçisi ixtisar edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 303

Oxşar yazılar