
Yağış, külək - HAVA PROQNOZU
İyulun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində
İyulun 24-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatl olmaq tövsiyə olunur.
Azərbaycanın rayonlarında iyulun 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 24-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün müsbət amildir.
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22