<b>TQDK sədri:</b> “Müsabiqədə iştirak şərtlərini dəyişə bilərik”
23 may 2014 14:18 (UTC +04:00)

TQDK sədri: “Müsabiqədə iştirak şərtlərini dəyişə bilərik”

“Müsabiqəyə buraxılmaq üçün tələb olunan bal keçid ballarından fərqlənir. Çünki müsabiqədə iştirak üçün tələb olunan balı biz əvvəlcədən elan edirik. O balı toplayan abituriyentlər ərizə yazıb ixtisas seçə bilərlər. Keçid balları isə müsabiqəyə görə formalaşır”.

 

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ola bilər ki, bir ixtisasa yüksək bal toplayan daha çox abituriyent sənəd verə bilər. “Digər ixtisasa isə heç kim sənəd vermək istəməz. Buna görə də keçid balının necə olacağını əvvəlcədən deyə bilmərik”.
M.Abbaszadə onu qeyd edib ki, 5-10 il əvvəl neft-qaz sahəsi üzrə olan ixtisaslarla bağlı yüksək müsabiqə vəziyyəti olmayıb, amma indi bu ixtisaslara çox yüksək müsabiqə vəziyyəti yaranır.
TQDK sədri M. Abbaszadənin sözlərinə görə, sözlərinə görə, ali məktəblərə qəbul üçün müsabiqə şərtlərinin dəyişilib-dəyişilməyəcəyi yalnız cari ilin məzunları üçün keçirilən qəbul imtahanlarının nəticələri məlum olduqdan sonra qərar veriləcək: “Bundan sonra biz müəyyən edəcəyik ki, hər ixtisas qrupu üçün ayrılan plan yerləri və müsabiqədə iştirak etmək istəyənlərin sayı nə qədərdir? Ola bilər ki, bunun nəticələri əsasında müsabiqədə iştirak şərtlərini dəyişə bilərik. Amma hələ ki, elan olunmuş qaydalar mövcuddur. Həm əvvəlki, həm də cari ilin məzunları bizim bununla bağlı yeni elanlarımızı izləməlidirlər. Onlar bilməlidirlər ki, onlar ali məktəblərə, yoxsa orta ixtisas təhsili müəssisələrinə sənəd verə bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1166
avatar

Oxşar yazılar