<b>TQDK: </b>nəticələr bu gün açıqlanacaq
04 mart 2014 11:21 (UTC +04:00)

TQDK: nəticələr bu gün açıqlanacaq

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsinin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bakalavrlara imtahan nəticələrinin elan olunmasına dair ilkin məlumatlar facebook səhifəmiz vasitəsilə təqdim olunacaqdır. Bakalavrlar öz imtahan nəticələrini TQDK-nın rəsmi internet saytından və öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

 

Keçirilən qəbul imtahanında iştirak etmək üçün 24560 (ötən il 21623) bakalavr ərizə təqdim edib. Onlardan 21874 nəfəri Azərbaycan bölməsi, 2686 nəfəri rus bölməsi üzrə sənəd verib. Ərizə verənlərin 11553 nəfəri oğlan, 13007 nəfəri isə qızlardır. Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində keçirilib.
Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. Magistraturaya ixtisaslaşma seçimi isə 29 may - 1 iyun tarixlərində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1035

Oxşar yazılar