”Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar bu gündən iyulun 10-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsindən qeydiyyatdan keçməlidirlər”. Bunu Lent.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. O qeyd edib ki, bakalavrlar qeydiyyatdan keçərkən tələb olunan sənədlər haqqında məlumatı daxil olduqları ali təhsil müəssisəsindən əldə etməlidirlər.
”Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcək”.