[b]Tarix İnstitutunda struktur dəyişikliyi[/b]
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda struktur dəyişikliyinin aparılması barədə qərar verilib.
Bu barədə Lent.az-a Tarix İnstitutundan bildirilib.
Verilən məlumata görə, yeni şöbənin yaradılması və 1 şöbənin adının isə dəyişdirilməsi qərara alınıb.
Elmi Şuranın qərarına əsasən institutda yeni yaradılacaq şöbənin adı “Azsaylı xalqların tarixi”dir və “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin isə adı dəyişdirilərək “Mənbəşünaslıq, tarixşünaslıq və tarixin nəzəriyyəsi” şöbəsi adlandırılıb.
772