<b>Soyqırımı qurbanlarına rekviyem</b> -  <span style="color:red;"><b>Niderlandda</b>
27 fevral 2018 00:49 (UTC +04:00)

Soyqırımı qurbanlarına rekviyem - Niderlandda

Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə yerli musiqiçilərin iştirakı ilə Xocalı soyqırımına həsr olunmuş konsert-rekviyem təşkil olunub.

 

APA-nın məlumatına görə, tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Yerli ictimaiyyət, mətbuat nümayəndələrinin, Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, AAK prezidenti Sahil Qasımovun və digər rəsmilərin, Avropanın müxtəlif ölkələrindən olan təşkilatların iştirakı ilə təşkil olunan tədbir "Xocalıya ədalət" kampaniyası çərçivəsində baş tutub.

 

Tədbirdə əvvəlcə Heydər Əliyev Fondunun "Xocalıya ədalət" Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində hazırlanmış qısa filmin təqdimatı olub. Daha sonra müxtəlif əsərlərdən musiqilər səsləndirilib.

 

Sahil Qasımov mətbuata bildirib ki, AAK tərəfindən Azərbaycan həqiqətlərinin Avropada təbliği fonunda "Xocalıya ədalət" kampaniyası çərçivəsində soyqırımın tanıdılması istiqamətində yeni işlərə start verilib.

 

Tədbirdə Xalq şairi Sabir Rüstəmxanlı, Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı, o cümlədən, Azərbaycandan media qurumları rəhbərlərindən "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, APA Holdinqin prezidenti Vüsalə Mahirqızı,  “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, “Report” İnformasiya agentliyinin baş redaktoru Murad Əliyev, "Haqqin.az" və "Virtualaz.org" saytlarının rəhbəri Eynulla Fətullayev və s. iştirak edir.

# 164
avatar

Oxşar yazılar