<b>Qəbul imtahanlarında iştiraka ƏDV tətbiq ediləcək?</b>
02 aprel 2019 15:15 (UTC +04:00)

Qəbul imtahanlarında iştiraka ƏDV tətbiq ediləcək?

“Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən göstərilən təhsil xidmətləri ƏDV-dən azad olunub”.
 
Bu barədə DİM-dən ONA-nın sorğusuna cavab olaraq deyilib.
 
Bildirilib ki, ali təhsil müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına, rezidenturaya qəbul imtahanları təhsil xidmətlərinə aid olduğundan, həmin imtahanlarda iştirak üçün ödənişlər ƏDV-dən azaddırlar.
 
DİM-dən onu da qeyd ediblər ki, yalnız dövlət qulluğu ilə bağlı imtahan qiymətlərinə ƏDV tətbiq edilib.
 
Qeyd edək ki, bu ilin mart ayından DİM ƏDV ödəyicisi kimi qeydiyyatdan keçib. Buna görə də dövlət qulluğu üzrə imtahanların tarif qiymətlərinə ƏDV tətbiq edilib.
 
Aprelin 1-dən dövlət qulluğu üzrə imtahanların qiyməti vəzifə qrupları üzrə aşağıdakı kimi təsdiq edilib:
 
AA - 129 AZN
 
AB - 118 AZN
 
AC - 106 AZN
 
BA -  94 AZN
 
BB -  82 AZN
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar