<b>Polis generalının qohumuna yeni vəzifə verilib</b>
03 oktyabr 2016 10:04 (UTC +04:00)

Polis generalının qohumuna yeni vəzifə verilib

 

Daxili işlər orqanlarında yeni təyinat olub.

 

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U. Şirinovun yerinə isə hələlik təyinat yoxdur.

 

Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, yeni vəzifəyə təyin olunan U. Şirinov Daxili İşlər Nazirliyi Katibliyinin rəisi, polis general-mayoru Nüsrət Şirinovun qardaşı oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401
avatar

APA Baycan

Oxşar yazılar