![[b]Ötən il 5 uşaq əcnəbilərə övladlığa verilib - RƏSMİ[/b]](https://lent.az/storage/news/2019/april/30/big/0ac24ae00387f0ccf6ea7d6589d6387d.jpg)
[b]Ötən il 5 uşaq əcnəbilərə övladlığa verilib - RƏSMİ[/b]
“2018-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) övladlığa götürmə ilə bağlı əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 13 müraciət daxil olub”.
Bunu ONA-nın sorğusuna cavab olaraq AQUPDK-nın Hüquqi təminat şöbəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəfa Ələkbərova deyib.
O bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 2018-ci ildə Azərbaycan vətəndaşı olan 5 uşaq övladlığa götürülüb: “Uşaqlar Hindistan, İran, Türkiyə, Avstriya və Bolqarıstan vətəndaşları tərəfindən övladlığa götürülüblər”.
Sektor müdirinin sözlərinə görə, əksər hallarda müraciət edənlər Azərbaycan vətəndaşı ilə nikaha daxil olmuş əcnəbilər olur ki, onlar da həyat yoldaşlarının birinci nikahından dünyaya gəlmiş Azərbaycan vətəndaşı olan uşağı övladlığa götürməyi arzu edirlər.
Sektor müdiri 2018-ci il üzrə Azərbaycan vətəndaşları tərəfindən əcnəbi uşaqların övladlığa götürülmədiyini də vurğulayıb.
Oxşar yazılar

Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26
İnsanların fərqli yaşlanmasının sizin bilmədiyiniz 3 SƏBƏBİ
1 iyul 2025 , 18:12
Küləklə bağlı növbəti XƏBƏRDARLIQ
1 iyul 2025 , 17:23
Cümşüdü "ölümə aparan" çuxura 15 gün əvvəl baba-nəvə də düşmüdü - HADİSƏ YERİNDƏN REPORTAJ
1 iyul 2025 , 17:13