![[b]Orfoqrafiya qaydalarına hansı dəyişikliklər edildi? - SİYAHI[/b]](https://lent.az/storage/news/2019/april/20/big/2e6d98bab90deb53f4888f5f34765729.jpg)
[b]Orfoqrafiya qaydalarına hansı dəyişikliklər edildi? - SİYAHI[/b]
Nazirlər Kabineti “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nı təsdiq edib.
ONA-nın məlumatına görə, yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.
Yeni dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir) kiçik hərflə yazılacaq.
Son dəyişikliklərlə yüksək dövlət vəzifələri bu qaydada yazılmalıdır: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri.
Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılacaq: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.
Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılacaq: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.
Bu sözlərdəki ikinci “s” hərfi atılıb: ekspres, konqres, kros, bras, stres. Lakin Press (mətbuat) sözü istisnadır.
Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılacaq.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33