[b]Olimpiada qaliblərinin ali məktəblərə qəbulu ilə bağlı[/b] YENİLİK
15 may 2018 16:51 (UTC +04:00)

[b]Olimpiada qaliblərinin ali məktəblərə qəbulu ilə bağlı[/b] YENİLİK

Beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, respublika fənn olimpiadaları qaliblərinin isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericiliyə müvafiq dəyişiklik təklif olunur.

 

APA-nın xəbərinə görə, bu barədə respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində təhsil naziri Ceyhun Bayramov bildirib.

 

O deyib ki, dəyişiklik Təhsil Nazirliyi tərəfindən hökumətlə razılaşdırılıb, təkliflər paketi Milli Məclisə təqdim olunacaq.

 

 

Nazir qeyd edib ki, beynəlxalq olimpiadalarda Azərbaycanın nəticələri ilbəil yaxşılaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

APA Baycan

Oxşar yazılar