<b>Mikayıl Cabbarov: </b>“Çox sürətlə inkişaf etmək təhlükəli olur”
12 mart 2014 12:22 (UTC +04:00)

Mikayıl Cabbarov: “Çox sürətlə inkişaf etmək təhlükəli olur”

“İnanırıq ki, təhsil sahəsindəki islahatların sürəti sistemin dəyişikliyə hazırlığından asılıdır. Bəzən çox sürətlə inkişaf etmək yavaş inkişaf etməkdən təhlükəli olur. Bunu nəzərə almalıyıq”.


 

APA-nın verdiyi məlumata görə, bunu Azərbaycan İnvestisiya Sammitində təhsil naziri Mikayıl Cabbarov söyləyib.

 

M. Cabbarov deyib ki, əsas məsələ təhsillə həyatda uğur arasındakı əlaqənin təmin olunmasıdır: “İnsanlar həyatda uğur qazanmaqda təhsil almağın əsas şərt olduğunu görəndə inkişaf geri dönməz olacaq”.

 

Təhsil naziri peşə təhsilindən də danışıb: “Peşə təhsili Azərbaycanda çox vacibdir. Hazırda Azərbaycan iqtisadiyyatının peşə təhsili olan kadrlara ehtiyacı var. Almaniya və İsveçrənin peşə təhsili modellərindən istifadə etməyi düşünürük. Ən vacib məsələ məzmundur. Bütün imkanları bir səbətə qoymuruq, bu üsulların özünü necə göstərdiyinə baxmaq istəyirik. Necə olursa olsun, peşə təhsili bizim üçün ən vacib prioritetlərdən biridir”.

 

M. Cabbarov ali təhsil sahəsində xaricdəki nüfuzlu ali məktəblərlə əməkdaşlığın da vacib olduğunu vurğulayıb: “Məsələn, Azərbaycan Diplomatik Akademiyası nüfuzlu ali məktəblərdən biri ilə əməkdaşlıq edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar