<b>Məhərrəm ayının vaxtı açıqlandı </b>
29 avqust 2017 11:44 (UTC +04:00)

Məhərrəm ayının vaxtı açıqlandı

0

Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub.

 

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.

 

Aşura günü isə oktyabrın 1-ə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

 

Bununla bağlı QMİ Qazılər Şurasının fətvası da olacaq. 

 

Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1072

Oxşar yazılar