<b>Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib - <span style="color:red;">FOTO </b>
29 aprel 2016 11:26 (UTC +04:00)

Kəmaləddin Heydərov Masallıda vətəndaşları qəbul edib - FOTO

 

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 29-da Masallıda vətəndaşları qəbul edib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən  qəbulda Masallı ilə yanaşı, Cəlilabad, Lənkəran, Lerik, Astara və Yardımlı rayonlarının sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.

 

Nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

APA Baycan

Oxşar yazılar