[b]Həftənin ilk günü üçün HAVA PROQNOZU[/b]
29 iyul 2018 12:34 (UTC +04:00)

[b]Həftənin ilk günü üçün HAVA PROQNOZU[/b]

İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  23-26°, gündüz  32-37° isti, Bakıda  gecə  24-26°, gündüz  35-37° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan aşağı 755  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 50-60 %, gündüz  35-45 % olacaq.

 

Abşeronun Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək. Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) Şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  28-29° isti təşkil edəcək. 

 

Azərbaycanın rayonlarına gəldikcə iyulun 30-da hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°,  gündüz  34-39° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 379
avatar

Oxşar yazılar