[b]Fuad Ələsgərov:[/b] ““ASAN Xidmət”in fəaliyyəti korrupsiyanı tam istisna edir”
30 iyun 2014 11:19 (UTC +04:00)

[b]Fuad Ələsgərov:[/b] ““ASAN Xidmət”in fəaliyyəti korrupsiyanı tam istisna edir”

“Korrupsiyaya qarşı mübarizə Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətidir”.


 

APA-nın məlumatına görə, bunu “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

 

F. Ələsgərov bildirib ki, müstəqil Azərbaycanın korrupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da bir sıra çətinlik və mərhələlərdən keçib: “Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunvericilik bazası olmayıb. İqtisadi cəhətdən tənəzzülə uğramış ölkəmiz eyni zamanda Ermənistan tərəfindən təcavüzə məruz qalıb, ərazilərimizin 20 faizi işğal edilib. Belə ağır şəraitdə Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində siyasi sabitliyə əsaslanan hüquqi dövlət qurulub. Bu gün Azərbaycanda daha yüksək hədəflərə nail olmaq üçün tədbirlər görülür, korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilir. Korrupsiyaya qarşı mübarizə üzrə komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşdırılmış qurumlar bu sahədə dövlət siyasətinin formalaşdırılmasında, həmçinin cinayət təqibinin həyata keçirilməsində davamlı fəaliyyət göstərir. Azərbaycanda “ASAN Xidmət”in fəaliyyət göstərməsi korrupsiya hallarını tam istisna edir və vətəndaşların dövlət qurumlarına etimadını artırır. Korrupsiyaya qarşı mübarizə sahəsində biz beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642
avatar

Oxşar yazılar

Bakının bu qəsəbəsi qazsız qalacaq

Bakının bu qəsəbəsi qazsız qalacaq

20 iyul 2024 , 09:31
İyulun 7-də keçirilən qəbul imtahanlarının NƏTİCƏLƏRİ

İyulun 7-də keçirilən qəbul imtahanlarının NƏTİCƏLƏRİ

19 iyul 2024 , 19:13
İli  varlanmadan   başa vurmayacaqlar: Pula pul deməyəcək  BÜRCLƏR

İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR

19 iyul 2024 , 18:26
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

19 iyul 2024 , 16:16
Hazırda ehtiyac meyarı nə qədərdir? – CAVAB

Hazırda ehtiyac meyarı nə qədərdir? – CAVAB

19 iyul 2024 , 15:50
Dolu, leysan və sel   XƏBƏRDARLIĞI

Dolu, leysan və sel XƏBƏRDARLIĞI

19 iyul 2024 , 14:34
Maşını niyə pəncərəsi açıq sürmək  olmaz?

Maşını niyə pəncərəsi açıq sürmək olmaz?

19 iyul 2024 , 14:23
Sabah çimərliklərdə gözlənilən hava şəraiti

Sabah çimərliklərdə gözlənilən hava şəraiti

19 iyul 2024 , 13:44