<b>Cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır</b>
31 may 2017 14:54 (UTC +04:00)

Cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır

0
Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.
 
APA-nın məlumatına görə, layihəni Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
 
O qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib. Komitə sədri bildirib ki, məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır. 
 
Layihə səsə qoyularaq qəbul edilib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 268

Oxşar yazılar