[b]Çap mətbuatının bu günü[/b]
25 oktyabr 2016 19:41 (UTC +04:00)

[b]Çap mətbuatının bu günü[/b]

Bugünkü “Manşet”də Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı  “Çap mətbuatının bu günü” mövzusunda aparıcı İlham Tumasın suallarını cavablandırıb.
 
 
Mətbuat Şurasının sədri, millət vəkili - Əflatun Amaşov
 
- Bəşəriyyət informasiyalı cəmiyyətə qədəm qoyub, burada əsas informasiya daşıyıcısı internet üzərindən yayımlanan internet portalları və sosial şəbəkələridir. Qəzetdə xəbər olmalı deyil, internet gündəmə gələndən sonra dünya media ekspertləri belə qərara gəldilər ki, qəzetlər əsasən analitik istiqamətdə işlərini qurmalıdırlar.
 
- Bu gün Azərbaycanda faəliyyət göstərən qəzetlər özlərini saxlamaq iqtidarında deyillər və bunun obyektiv və subyektiv səbəbləri var. Bir qəzeti oxuyub ölkədəki ictimai-siyasi vəziyyəti duymaq mümkündür. Dünyada online televiziya və radioya meylilik var.
 
- Azərbaycanda həmişə çap mediasının ən bariz nümunələri yaşayacaq. Bunlardan biri də “Şərq” qəzeti olacaq. Bu qəzetdə indiyədək çalışmış inşanların hər birini təbrik edir, işlərində uğurlar arzulayıram.
 
***
 
"Şərq" qəzetinin baş redaktoru, tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru -Akif Aşırlı
 
- Çap mediasının üstünlüyü odur ki, biz analitik yazı üçün vaxt qazanmış oluruq. Sadəcə, reklam bazarıı formalaşsa, reklam imkanlarımız artsa, biz həm inkişaf edərik, həm də daha da peşəkarlaşarıq.  
 
- “Şərq”də çox sayda işinə peşəkarlıqla yanaşan junalistlər çalışıb, formalaşıblar.
Vaxtilə qəzetdə çalışan insanların bir çoxu fəaliyyətlərini başqa-başqa KİV-lərdə davam etdirirlər. Eyni zamanda ayrı-ayrı dövlət strukturlarında çalışanlar var. Biz onları “Şərq”çi hesab edirik. Həmişə müxtəlif tədbirlərdə də onları yada salırıq və həmişə onlarla fəxr edirik. Fəxr edirik ki, “Şərq”in belə yetirmələri var.
 
- 1998-2001-ci illər qəzetimizin ən pik dövrü idi. 30 min tirajla nəşr olunurduq və demək olar ki, ölkədə reytinq göstəricisinə görə 1-2-ci yerləri bölüşürdük. Görünür, cəmiyyət də o dövrlərdə bu yazıları daha yaxşı qəbul edirdi. “Şərq” qəzeti 2001-ci ildən sonra hadisələrə, proseslərə emosiyasız yanaşma yolu tutub.
 
- “Şərq” qəzeti kənar kollektivlərdən çox az sayda əməkdaş qəbul edib. Jurnalistika fakültəsində çalışan tələbələri redaksiyamıza dəvət etmişik, onların sıfırdan başlayaraq peşəkarlaşma mərhələləri “Şərq”in özünün kollektivində, yaradıcılıq atmosferində mümkünləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

APA TV

Oxşar yazılar