[b]Bu rayonlarda "ASAN Xidmət" istifadəyə veriləcək[/b]
01 aprel 2019 15:26 (UTC +04:00)

[b]Bu rayonlarda "ASAN Xidmət" istifadəyə veriləcək[/b]

2019-cu ildə bölgələrdə 5 "ASAN Xidmət" mərkəzi, Bakıda isə 1 "ASAN Kommunal" mərkəzi istifadəyə veriləcək.
 
ONA-nın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.
 
O bildirib ki, Tovuz, Ağcabədi, Kürdəmir, Balakən və Şamaxı rayonlarında tikintisi davam etdirilən "ASAN Xidmət" mərkəzlərinin bu ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
 
Bakı şəhərində 2 "ASAN Kommunal" mərkəzinin fəaliyyət göstərdiyini xatırladan E.Niftəliyev qeyd edib ki, bu il Bakıda kommunal sahədə xidmətlər göstərən mərkəzlərin sayı 3-ə çatdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817
avatar

Oxşar yazılar