[b]Bakıya yağış, rayonlara leysan yağacaq[/b]
11 iyun 2017 12:02 (UTC +04:00)

[b]Bakıya yağış, rayonlara leysan yağacaq[/b]

İyunun 12-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Lent.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz  25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz  28-30° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 760 civə sütununadək yüksələcək. Nisbi rütubət  gecə 65-75 %, gündüz 35-45 %  təşkil edəcək.

 

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.     

# 145
avatar

Oxşar yazılar