[b]Azərbaycanın 10 milyonuncu sakininin doğum haqqında şəhadətnaməsi verildi[/b]
0
0
Azərbaycan Respublikasının 10 milyonuncu sakini Mehriban Həsənovanın doğum haqqında şəhadətnaməsi aprelin 10-da onun valideynlərinə təqdim olunub.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, şəhadətnamə Ədliyyə Nazirliyinin Bakı şəhər Nərimanov rayon qeydiyyat şöbəsində təntənəli şəkildə təqdim edilib.
Xatırladaq ki, 2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.
0
0