![[b]Azərbaycandan göndərilən humanitar yardım İran ərazisinə daxil oldu - FOTO[/b]](https://lent.az/storage/news/2019/april/10/big/7cec026fae55a74306ff9a442a6a0ef9.jpg)
[b]Azərbaycandan göndərilən humanitar yardım İran ərazisinə daxil oldu - FOTO[/b]
Azərbaycandan göndərilən humanitar yardım İran ərazisinə daxil olub.
ONA-nın yardım karvanını müşayiət edən əməkdaşının verdiyi xəbərə görə, karvanı İranın dövlət və hökumət nümayəndələri, yerli əhali və jurnalistlər qarşılayıb.
Qeyd edək ki, İran İslam Respublikasında aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) aprelin 10-da Azərbaycan Hökuməti adından bu ölkəyə humanitar yardım göndərib. Aprelin 10-da FHN-in ayırdığı humanitar yardım Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb.
Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə bildirib ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpiller", "Komatsu" markalı iki ədəd ekskavator daxildir. Yardım karvanı 15 avtomobildən ibarətdir.
Xatırladaq ki, İranda baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastruktura ciddi ziyan dəyib.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33