![[b]Azərbaycanda vahid “G2B” elektron reyestri yaradılacaq[/b]](https://lent.az/storage/news/2019/may/15/big/1d50895fd5ae82ce2b493f9e2b77eb8c.jpg)
[b]Azərbaycanda vahid “G2B” elektron reyestri yaradılacaq[/b]
Azərbaycanda vahid “G2B” (dövlət-biznes) elektron reyestri yaradılacaq.
ONA-nın məlumatına görə, bu, Prezident İlham Əliyev Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərmanında əksini tapıb.
Fərmanda qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:
- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər görməli;
“Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına uyğun olaraq “ASAN xidmət indeksi”ni təşkil edən parametrləri rəhbər tutmaqla, “G2B” reyestrinə daxil edilmiş xidmətlərin qiymətləndirilməsini Elektron Reyestr vasitəsilə həyata keçirməlidir.
İqtisadiyyat Nazirliyi qiymətləndirmənin nəticələrini nəzərə alaraq, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Elektron Reyestr vasitəsilə “G2B” reyestrinə daxil etdiyi hər bir xidmətin “KOB indeksi”ni təşkil edən aşağıdakı parametrləri rəhbər tutmaqla qiymətləndirilməsini təmin etməlidir:
- xidmətin mikro, kiçik və orta biznesin (KOB-un) inkişafına təsiri;
- KOB-lara göstərilən xidmətin sadələşdirilməsinin və ya ləğvinin insan həyatına və sağlamlığına, ətraf mühitə, dövlətin iqtisadi maraqlarına təsiri;
- həyata keçirilən qiymətləndirmənin nəticələri barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırılsın, bələdiyyələrə isə tövsiyə edilsin ki:
- “G2B” reyestrinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanının 3-cü hissəsindən və “Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanının 9.1-ci bəndindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin;
- “G2B” reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin müraciəti əsasında Agentliyə kömək göstərilməsini, onun sorğularının operativ qaydada və hərtərəfli cavablandırılmasını təmin etsin.
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04