<b>Məktəblərdə psixoloq ştatları artırılacaq - Komitədən açıqlama</b>
09 aprel 2019 15:44 (UTC +04:00)

Məktəblərdə psixoloq ştatları artırılacaq - Komitədən açıqlama

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri 162 nömrəli tam orta məktəbdə şagirdin intiharına münasibət bildirib.
 
Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin baş məsələhətçisi Zülfiyyə Sadıqova ONA-nın sorğusuna cavab olaraq bildirib ki, şagirdin tərbiyəsində ailə, məktəb və cəmiyyət birlikdə hərəkət etməli, onun davranışında baş verən dəyişiklikləri hər bir tərəf görməli və araşdırmalı idi.
 
Onun sözlərinə görə, məktəblərdəki sinif jurnallarının arxasında şagirdlər haqqında məlumatlar, habelə psixoloqun verdiyi xarakteristikalar yer alır: “Həmin xarakteristikalar, davranış dəyişiklikləri izlənilməlidir. Hazırda Azərbaycan məktəblərində orta hesabla təxminən 1000-1500 şagirdə bir psixoloq ştatı düşür. Bu isə ümumi işin keyfiyyətini aşağı salır. Bu baxımdan məktəblərdə psixoloq ştatlarının artırılmasına, psixoloji işin gücləndirilməsinə ehtiyac var”.
 
 
Z. Sadıqova qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda valideynlərin bacarıqlarının artırılması istiqamətində maarifləndirmə işləri aparır: “Bəzən valideynlər övladlarının yaş, fərdi psixoloji xüsusiyyətlərini bilmədikləri üçün onlarla düzgün münasibət yarada, ünsiyyət qura bilmirlər. Bu da nəticədə bir sıra neqativ halların yaranmasına gətirib çıxarır”.
 
Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi intihar edib. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, aprelin 6-da xəstəxanada vəfat edib.
 
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq tədbirləri həyata keçirilir. Eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən qeyd olunan məsələ ilə bağlı xidməti araşdırma aparılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621
avatar

Oxşar yazılar