![[b]Avropa çempionu kim olacaq: Fransa, yoxsa Portuqaliya? - SORĞU[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Avropa çempionu kim olacaq: Fransa, yoxsa Portuqaliya? - SORĞU[/b]
Futbol üzrə XV Avropa çempionatı başa çatmaq üzrədir. Bir çox sürprizlərlə yadda qalan bu çempionatda sonuncu gözlənilməz nəticə dünən qeydə alındı - Almaniya millisi yarımfinal görüşündə ev sahibi olan Fransa yığmasına məğlub oldu. Beləliklə, iyulun 10-da keçiriləcək final matçında Portuqaliya və Fransa yığmalarının çox maraqlı qarşıdurmasına şahid olacağıq.
Görəsən, 15-ci Avropa çempionu kim olacaq: Fransa, yoxsa Portuqaliya? APA TV bu sualla paytaxt sakinləri arasında sorğu keçirib.
- Məncə, Portuqaliya. Ronaldonun həmişə bəxti gətirib.
- Məncə, Portuqaliya udar. Futbolçuluq onların qanlarındadır.
- Çox güman ki, Fransa. Ev sahibi olduğu üçün.
- Fransa qalib gələcək, çünki öz yeridir. Portuqaliya da elə güclü komanda deyil. 2004-cü ildə Yunanıstanın baş məşqçisi idi, eyni taktika ilə, italyan taktikası ilə oynadır. Ona görə də Portuqaliyaya qələbə yaraşmır. Bu Fransanın haqqıdır.
- Fransa, güclü olduğuna görə.
- Fransa yəqin ki. Güclü komandadır, ona görə.
- Mənə elə gəlir ki, Portuqaliya. Açığı, bəxtəbəxt gəlib çıxıb finala kimi, ancaq mənə elə gəlir ki, finalda oynadığına görə var gücünü qoyacaq. Çempionluğu əldə etməlidir.
- Məncə, Fransa. Ev sahibidir.
- Fransızlar güclüdür.
- Fransa. Daha yaxşı top oynayırlar. Portuqaliya bura qədər şansla gəlib.
- Mən düşünürəm ki, Fransa qalib gələ bilər. Ancaq Portuqaliyada da Ronaldo var.
- Hamı ilk əvvəllər favorit kimi İtaliya və İspaniyanı göstərirdi. Amma Portuqaliyanın şansları daha çoxdur. Çünki Portuqaliya daha zəif komandalarla düşdü və bu səviyyəyə gəldi. Fransa hər nə qədər ölkə və tamaşaçı amilinə sahib olsa da, məncə, Portuqaliya udacaq.
- Fransa.
- Məncə, Fransa. Çünki yaxşı heyəti var.
- Fransa, çünki yaxşı oynayır.
- Portuqaliya, çünki yaxşı oyunçuları var. Məsələn, Ronaldo.
Amma Bakı sakinləri arasında futbolla maraqlanmayanlar da az deyil:
- Mən maraqlanmıram çempionatla.
- Mən baxmıram, atam baxır, ona görə bilmirəm.
- Xəbərim yoxdur.
- Bilmirəm. Bu futboldur-nədir, heç əlaqəm yoxdur.
- Mən idmana baxmıram o qədər, iş adamıyam. Ona görə bu suala cavab vermək mənim üçün çətindir.
- Baxmıram futbola.
- Futboldan heç başım çıxmır.
- Azərbaycan.
Sorğudan da göründüyü kimi, bəzi respondentlər ev sahibi və daha güclü komanda olduğu üçün Fransanın qalib gələcəyinə inanır. Bəzi sakinlər isə həm Ronaldo faktoruna görə, həm də bəxtlərinin gətirəcəyinə inandıqları üçün Portuqaliyanı favorit sayır.
Oxşar yazılar

Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18