![[b]Astarada sel yaşayış evinə ciddi ziyan vurdu[/b]](https://lent.az/storage/news/2019/may/01/big/3e2ffe5d5c48db7a341953f5c6ad66e9.jpg)
[b]Astarada sel yaşayış evinə ciddi ziyan vurdu[/b]
Astarada güclü yağışlar bəzi fəsadlar törədib.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, ilboyu intensiv yağan yağışlar nəticəsində çaylarda sululuğun artması Astara rayonunun müxtəlif yerlərində sakinlərə problemlər yaradıb.
Rayonun Kijəbə qəsəbəsində yaşayan Səfail Xanhəsən oğlu Hidayətov ONA-nın yerli bürosuna bildirib ki, aprelin əvvəllərində yağan yağışların törətdiyi fəsadlardan sonra evinə yaxın ərazidə bərkitmə işləri aparıb, dağıntıya məruz qalmış yerləri bərpa edib. O, müxtəlif üsullarla dağlıq ərazidən gələn sel sularının fəsadlarını azaltmağa çalışıb. Amma sel suları bir müddətdən sonra meşə tərəfdən yerin altı ilə hərəkət edərək torpaq qatında 2-3 metr dərinliyində çöküntülər yaranıb.
Ümumilikdə 1 hektara yaxın ərazidə torpaq sürüşməsi baş verib. Nəticədə kənd sakininə məxsus 300 kv.m-lik 4 otaqlı ev də daxil olmaqla, həyətyanı sahəyə, meyvə ağaclarına, tövləyə ciddi ziyan dəyib.
Evə baxış keçirən rayon Fövqəladə Hallar Komissiyasının əməkdaşlarının məsləhəti ilə evi boşaldıblar.
Kijəbə qəsəbə icra nümayəndəliyindən bildirilib ki, aidiyyatı orqanlara məsələ ilə bağlı məlumat verilib və zərərçəkmişlərə lazımi köməkliyin göstərilməsi istiqamətində işlər görülür.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)