Xəbər verdiyimiz kimi, bu gün "Futbol +" qəzetinin əməkdaşları KİVDF-nin qarşısında etiraz aksiyası keçirib.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, Fond tərəfindən yalnız ictimai-siyasi qəzetlərin maliyyələşdirilməsi nəzərdə tutulub: “Müsabiqə elan olunub. Müşahidə Şurası da müsabiqədə ictimai-siyasi qəzetlərin maliyyələşdirlməsinə dair qərar verib. "Futbol+" qəzeti Müşahidə Şurasına qərarın dəyişdirilməsi ilə bağlı müraciət etmişdi. Şuranın cavabında qeyd edildi ki, qərarla bağlı heç bir dəyişiklik olmayacaq".
V.Səfərlinin dediyinə görə, bu il Fonddan maliyyələşən qəzetlərin sayı ötən il malliyyələşənlərdən 8 qəzet azdır: "Bunlardan da 3-ü idman qəzetidir. Martın 30-da qəzet baş redaktorları ilə keçirilən görüş zamanı da Prezidentin köməkçisi Əli Həsənov bildirdi ki, yalnız ictimai-siyasi qəzetlər maliyyələşdiriləcək".