![[b]"Diri baba" türbəsi bərpa olunur[/b]](https://lent.az/storage/news/2019/may/27/big/403ee02b8757bb163d63a5ec87358daf.jpg)
[b]"Diri baba" türbəsi bərpa olunur[/b]
Mədəniyyət naziri Əbülfəs Qarayev, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qobustan rayonu ərazisində yerləşən "Diri Baba" türbəsində olublar.
Xidmətdən ONA-ya verilən məlumata görə, burada türbənin hazırkı vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, türbə həm yerli sakinlərin, həm də turistlərin mütəmadi ziyarət etdiyi məkanlardan biridir. "Diri Baba" türbəsində ötən ilin fevral ayında naməlum şəxslər tərəfindən yanğın törədilib. Abidənin şəbəkə formasında olan pəncərələrinin bir hissəsi dağıdılıb, türbəyə ciddi ziyan vurulub.
Əbülfəs Qarayev "Diri Baba" türbəsinin tezliklə bərpa olunmasının vacibliyini qeyd edib. Türbənin abidə mühafizəçiləri tərəfindən daim nəzarət olunması və digər məsələlər barədə tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, hazırda abidənin bərpa olunması layihəsi “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanır. Türbə bərpa olunduqdan sonra ərazidə ziyarətçilərin rahatlığını təmin etmək üçün infrastruktur yaradılacaq. Abidənin yerləşdiyi ərazi abadlaşdırılacaq.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54