[b]“Koroğlu” stansiyasının giriş-çıxışlarından biri bağlanır[/b]
19 aprel 2018 15:16 (UTC +04:00)

[b]“Koroğlu” stansiyasının giriş-çıxışlarından biri bağlanır[/b]

0
Təmir işləri ilə əlaqədar “Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır.
 
 
 
Bu barədə “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
 
 
 
“Lakin stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq”, - deyə məlumatda qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 480

Oxşar yazılar