<b> “Regionlarda şagirdlər yeni imtahan modelinə hazır deyillər” - <span style="color:red;">EKSPERT </b>
21 may 2019 17:02 (UTC +04:00)

“Regionlarda şagirdlər yeni imtahan modelinə hazır deyillər” - EKSPERT

“11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb və imtahanda iştirak etmiş 28634 nəfər şagirddən heç kim maksimum bal toplaya bilməyib”.
 
Lent.az-a bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, ancaq  aprelin 7-də keçirilmiş buraxılış imtahanında iştirak etmiş 27660 nəfər şagirddən 2-si onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb:
 
”7 aprel imtahanı Bakı şəhərini, 14 aprel isə bölgələri əhatə edirdi. Nəticə göstərir ki, regionlarda şagirdlər yeni imtahan modelinə tam şəkildə hazır deyillər və yeni test tapşırığı modellərini mənimsəməyiblər. Ümumilikdə 7 və 14 apreldə keçirilən imtahanlarda iştirak edən 56294 şagirddən 2 nəfəri maksimum nəticə göstərib ki, bu da çox aşağı nəticədir. 
Buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100, ümumi yekun bal isə 300-dür”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1912
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar