"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda növbəti sərgi keçirəcək.
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərgi noyabrın 1-də saat 11:00-da metronun "Nəriman Nərimanov" stansiyasının keçidlərində baş tutacaq.
"Metro Gallery" layihəsi çərçivəsində baş tutacaq növbəti sərgi "Köhnə Bakı" adlanır. Sərgidə paytaxt Bakının köhnə görüntülərinin əks olunduğu fotoşəkillər nümayiş olunacaq.