Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" MMC yenilənmiş loqosunu təqdim edib.
APA-nın məlumatına görə, yeni loqo özündə yeni üslub və yeni istiqamət əks etdirir.
Şirkət, həmçinin yeni şüarını da təqdim edib – “Rəqəmsal dünyanı yarat”.
Yeni loqonun təqdimatı Heydər Əliyev mərkəzində keçirilib. Şirkət tərəfindən keçirilən rebrendinq münasibətilə “Rəqəmsal səma altında” adlı möhtəşəm şou təşkil olunub.