[b]"ASAN Xidmət"in yeni sədri kollektivə təqdim edilib[/b]
0
0
Bu gün Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Dövlət Agentliyinin yeni sədri Ülvi Mehdiyevi kollektivə təqdim edib.
Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Prezident İlham Əliyevin aprelin 27-də imzaladığı sərəncamı ilə Ülvi Ramiz oğlu Mehdiyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin olunub.
0
0