«Mahir nişançı» devizi altında güllə atıcılığı yarışı keçirilib
26 fevral 2014 17:17 (UTC +04:00)

«Mahir nişançı» devizi altında güllə atıcılığı yarışı keçirilib

Səbail rayonunda güllə atıcılığı üzrə yarış keçirilib. Lent.az-ın məlumatına görə, «Mahir nişançı» devizi altında keçirilən güllə atıcılığı yarışının iştirakçıları  və qonaqlar «Şəhidlər Xiyabanı»nı ziyarət edib, vətənimizin torpaqlarının bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və Xocalıdan olan  şəhidlərin məzarlarını ziyarət ediblər.  Yarışda Səbail rayonunun 16 orta məktəbinin komandası iştirak edib. Tərkibi 5 nəfərdən – 3 oğlan və 2 qızdan ibarət olan komandaların hər biri növbə ilə    atıcılıq xəttinə çıxıb və müasir kiçik çaplı pnevmatik snayper tüfənglərin 5 dəfə atəş açıblar Yarışların gedişini Səbail rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi  Səbail rayon Təşkilatının nümayəndələrindən təşkil olunmuş münsiflər heyəti diqqətlə izləyib, komandaların topladıqları xalları yoxlayaraq yarışların yekunlarını müəyyən edib. Atıcılıq yarışlarının final turniri Dövlət Bədən Tərbiyəsi  və İdman Akademiyasında keçirilib. Finala vəsiqə qazanan 3 məktəbin komandası atəş xəttinə çıxaraq öz məharətlərini göstərib. Səbail rayonunun məktəblərinin komandalarının yarışına  yekun vuran münsiflər heyətinin qərarı ilə 1-ci yerə 7 saylı orta məktəbin, 2-ci yerə 50 saylı orta məktəbin və 3-cü yerə isə 163 saylı orta məktəbin komandaları layiq görülüb.

 

Yarışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  və  Dövlət Bədən Tərbiyəsi  və İdman Akademiyasının rektoru, millət vəkili Ağacan Əbiyev faciənin dəhşətlərindən, bu gün gənclərin vətənpərvərlik tərbiyəsində belə tədbirlərin böyük əhəmiyyəti olduğundan danışıblar. Yarışda  I, II və III yerləri tutmuş komandalar  müvafiq dərəcəli diplomlar və   qiymətli hədiyyələrə layiq görülüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677
avatar

Oxşar yazılar