“Yeni Müsavat” bir neçə dövlət qurumuna müraciət edib
18 oktyabr 2013 18:48 (UTC +04:00)

“Yeni Müsavat” bir neçə dövlət qurumuna müraciət edib

“Bakı Metropoliteninin stansiyalarında “Yeni Müsavat” qəzetinin satışına qadağa qoyulması ilə bağlı qəzetin baş redaktoru Rauf Arifoğlu daxili işlər naziri Ramil Usubova müraciət edib. Çünki bu məsələdə metropoliten polisinin adı hallanır”. Bunu Lent.az-a açıqlamasında qəzetin baş redaktorunun birinci müavini Azər Ayxan bildirib. Onun sözlərinə görə, qəzet əməkdaşları aksiya keçirməyi də planlaşdırır: “Rauf Arifoğlu Metropolitenin rəisi Tağı Əhmədova da müraciət edib. Bundan başqa, mən bir neçə dəfə Tağı Əhmədovla telefonla danışmışam. O isə bildirib ki, “Yeni Müsavat” və digər qəzetlərin metro-stansiyalarda satışının qadağan edilməsi ilə bağlı göstəriş verməyib”.

 

Baş redaktorun müavini onu da vurğulayıb ki, T. Əhmədovla görüşüb, üzbəüz bu məsələni müzakirə edəcəklər.

 

“Mətbuat Şurasının sədri Əflatun Amaşova da müraciət etmişik. Əflatun bəy hazırda Azərbaycanda deyil. Ümumiyyətlə, tənqidçi qəzetlərin satışına bu cür qadağaların qoyulması yaxşı hal deyil” - deyə, A. Ayxan əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar