“Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçirilib
27 may 2014 12:41 (UTC +04:00)

“Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçirilib

Mətbuat Şurasının və Multimedia Mərkəzinin təşkilatçılığı “Yeni media və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.


 

APA-nın məlumatına görə, konfransda Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri, media mütəxəssisləri və digər qonaqlar iştirak edib. 

 

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, internet mediası ictimai-siyasi həyata və insanların həyatına yüksək sürətlə daxil olub. O deyib ki, Azərbaycanda 1,2 milyondan çox “Facebook” istifadəçisi, 30 min bloqger, 50 internet radio və televiziyası var: “İKT üzrə milli strategiyada nəzərdə tutulan işlər uğurla davam etdirilir. Artıq 40-a yaxın dövlət qurumu öz məlumatlarını elektron formada istifadəçilərinə təqdim edir”.

 

Qeyd edək ki, tədbir iki paneldən ibarətdir. Birinci paneldə “İnternet mediasının inkişaf tendensiyası və perspektivləri”, ikinci paneldə isə “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə imkanları” mövzuları müzakirə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 893
avatar

Oxşar yazılar