“Rəqəmsal yayıma keçdikdən sonra telekanallar teleötürücülərə görə ödədikləri vəsaitlərin (tarifin) aşağı salınmasını istəyirlər”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MTRŞ-nın sədr müavini Qafar Cəbiyev bildirib. Onun sözlərinə görə, “Teleradio” İstehsalat Birliyi ilə yayımçılar arasında tarif məsələsində müəyyən fikir ayrılıqları var: “Yəni Teleradio İstehsalat Birliyi bir qiymət, telekanallar isə başqa bir qiymət təklif edir. Əlbəttə, bu qiymətləri tənzimləmək və yaxud müəyyənləşdirmək Mili Televiziya və Radio Şurasının səlahiyyətlərinə aid olan məsələ deyil”.
MTRŞ rəsmisi bildirib ki, bu məsələ ilə bağlı son sözü Tarif Şurası deməlidir:
“Rəqamsal yayım analoq yayımına nisbətən müasir yayımdır. Rəqəmsal yayıma keçməyin tariflərə təsiri olmayacaq”.
Qeyd edək ki, “Teleradio” İstehsalat Birliyinin texniki direktoru Müşfiq Abbasov bildirib ki, rəqəmlərlə bağlı Tarif Şurasının qərarından sonra bütün televericilərin gücünə görə qiyməti müəyyən edilib və bu barədə şirkətlərə xəbərdarlıq olunacaq.