“Tələbə-məzun” sisteminə dəyişiklik edildi - <span style="color:red;">FƏRMAN
04 aprel 2015 10:34 (UTC +04:00)

“Tələbə-məzun” sisteminə dəyişiklik edildi - FƏRMAN

“Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib. Lent.az-ın məlumatına görə, bu barədə  prezident fərman imzalayıb.

 

Fərmana əsasən, sistemə Əsasnamə ilə müəyyən edilmiş qaydada qoşulan qurumların siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də əlavə edilib. “Tələbə-məzun” dövlət elektron məlumat sistemi tələbə-məzun elektron məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksi təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar