30 ildir axtarılırdı:   yol qəzasında tapıldı
26 iyun 2025 16:39 (UTC +04:00)

30 ildir axtarılırdı: yol qəzasında tapıldı

Sivasda 30 ilə yaxındır itkin düşən əqli qüsurlu E.G. 20 ildir yaşadığı Konyada yol qəzası keçirdikdən sonra polisin araşdırması nəticəsində tapılıb.

Lent.az Türkiyə mediasına istinadla bildirir ki, ötən həftə Akabe rayonu, Fətih küçəsində qəza baş verib. 

Məlumata görə; 17 yaşlı M.S.nin idarə etdiyi avtomobil yolda gedən 50-60 yaşlı yüngül əqli qüsurlu şəxsi vurub. Piyada yüngül xəsarət alıb, polis xəsarət alan şəxsin kimliyini müəyyən etmək üçün araşdırmalara başlayıb.

Yaralının 55 yaşlı E.G. olduğu müəyyən edilib. 20 ilə yaxındır Konyada yaşadığını və onun qayğısını A.T. tərəfindən çəkildiyini bildirib. A,T. isə E.G. ailəsinin yerini bilmədiyini, Tokat və ya Sivasda qohumlarının ola biləcəyini söyləyib.

Polis araşdırmaya başlayıb və E.G.nin qardaşı olduğu ehtimal edilən şəxslə əlaqə saxlayıb. Telefon danışığında qardaş E.G.ni axtardıqlarını bildirib. 30 ilə yaxındır ki, itkin düşmüş şəxslə bağlı məhkəməyə müraciət ediblər.

Söhbət zamanı göndərilən foto ilə E.G.ni tanıyan qardaşı onun Sivasda qeydiyyatda olduğunu bildirib. Kimlik müəyyən edildikdən sonra qardaş qardaşını götürmək üçün İstanbuldan Konyaya gəlib. Prosedurlardan sonra iki qardaş İstanbula qayıdıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar