“Təhsil Nazirliyi təhsil alanların sağlamlığı üçün ciddi işlər görür”
23 yanvar 2014 13:22 (UTC +04:00)

“Təhsil Nazirliyi təhsil alanların sağlamlığı üçün ciddi işlər görür”

0

 

 

“Təhsil Nazirliyi təhsil alanların sağlamlığının qorunması ilə bağlı ciddi işlər görür”. Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarovun da əmri var.
Nazirlik rəsmisinin sözlərinə görə, Təhsil Nazirliyinin sifarişi ilə “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilib. O qeyd edib ki, Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsil alanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.
“Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılmaqdadır. Daha geniş yayımlanması üçün film mərkəzi və regional kanallara da təqdim edilib. Filmin ictimaiyyətə çatdırılması “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, təhsil nazirinin “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir”.


Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova bildirib ki, İşçi qrupu təhsil alanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək, onların tətbiqinə dair təkliflərin işlənib hazırlanmasını yerinə yetirir.

 

Təhsil alanların fiziki sağlamlığına, psixoloji dayanaqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı formada təsir göstərən halları araşdırmaq və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etmək də işçi qrupuna həvalə olunub.

İşçi qrupunun fəaliyyəti nəticəsində problem baxımından mövcud vəziyyətin öyrənilməsi üçün müvafiq addımlar atılır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindən müvafiq məlumatlar toplanılır. Həmçinin, aidiyyatı qurumlardan yeniyetmə və gənclərin sağlamlığına dair toplanmış informasiyalar təhlil olunur, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində müzakirələr aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1067

Oxşar yazılar