“Şəfa” stadionunun qarşısındakı tuneldə işlər yekunlaşır
05 mart 2014 11:59 (UTC +04:00)

“Şəfa” stadionunun qarşısındakı tuneldə işlər yekunlaşır

Bakıda “Şəfa” stadionun qarşısında, Heydər Əliyev prospekti ilə Müzəffər Nərimanov küçəsinin kəsişməsində tunel keçid kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, M.Nərimanov küçəsi ilə 5-ci köndələn yolu küçəsini birləşdirəcək tunelin ümumi uzunluğu 940 metrdir: “Tunelin eni 16 metrdir və dörd hərəkət zolağından ibarətdir. Tunelin qapalı hissəsinin uzunluğu 225 metrə bərabərdir. Artıq tuneldə işlər yekunlaşıb və ancaq asfalt-beton örtüyünün salınması qalıb. Həmçinin yan yolların tikintisi də yaxın vaxtlarda yekunlaşacaq. Hazırda yan yolların salınması üçün ərazidə torpaq alma işləri həyata keçirilir”.

 

P.Mürsəliyev onu da bildirdi ki, kompleksə yeraltı piyada keçidi də daxildir. 4 giriş-çıxışı olan keçidin ümumi uzunluğu 105, eni 12, hündürlüyü isə 3 metrdir: “yolda hərəkətin intensivliyi və qəzalar səbəbindən sakinlər piyada keçidindən indidən istifadə etməyə başlayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041

Oxşar yazılar