Təhsil Nazirliyi şagirdlərin məktəbdən yayınma halları ilə bağlı məsələyə aydınlıq gətirib.
Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, şagirdlərin dərsdən yayınma hallarının qarşısının alınması evlərdə kütləvi sorğuların keçirilməsi ilə tənzimlənir: “Şagirdlərin dərsə davamiyyətinə bilavasitə məktəb rəhbərləri cavabdehdirlər. Onlar davamiyyətə gündəlik nəzarət etməli, belə uşaqların valideynləri ilə görüşüb dərsdən yayınmanın səbəblərini araşdırmalı və müvafiq tədbir görməlidirlər. Bu məsələlərə nəzarət yerli təhsil orqanlarının vəzifə funksiyalarına Təhsil Nazirliyi öz imkanları daxilində yerlərdə müəyyən məsələlər üzrə araşdırma apararkən mütləq şəkildə uşaqların dərsə davamiyyətinin hansı səviyyədə təmin olunmasına da diqqət yetirir, problemlərin həllində təhsil şöbələrinə köməklik göstərir. Məqsəd təkcə dərsdən yayınan şagirdlərin uçotunu aparmaq deyil, aidiyyəti təşkilatlarla birgə bu sahədə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına nail olmaqdan ibarətdir”.