“QHT-ləri qrant müqavilələrinin qeydiyyatı narahat edir”
13 iyun 2014 17:36 (UTC +04:00)

“QHT-ləri qrant müqavilələrinin qeydiyyatı narahat edir”

Hüquq və Monitorinq Komissiyası və “Kemoniks İntereneşnl” təşkilatı “QHT qanunvericiliyi sahəsində qanunvericilik təşəbbüsü” mövzusunda dəyirmi masa keçirib. Lent.az-ın xəbərinə görə, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “İnkişaf naminə yerli bacarıqların artırılması” layihəsi (BLCD) çərçivəsində keçirilmiş dəyirmi masanın mövzusu barədə Hüquq və Monitorinq Komissiyasının sədri Əliməmməd Nuriyev və BLCD layihəsinin rəhbəri Morana Smodlaka məlumat veriblər.

Dəyirmi masada əsas məruzə ilə çıxış edən Ə.Nuriyev QHT qanunvericiliyinə sonuncu dəyişikliklərin daha çox vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına xidmət etdiyini bildirib və həmin dəyişikliklərin qüvvəyə minməsindən sonra meydana çıxan çətinliklərdən danışıb: “Hazırda QHT-ləri narahat edən məsələlərdən biri qrant müqavilələrinin qeydiyyatına görə yaranan çətinliklərlə bağlıdır”.

Tədbirdə çıxış edən ekspertlər Məhəmməd Quluzadə, Azər Mehtiyev, Sahib Məmmədov, Mirəli Hüseynov, Solmaz Əliyeva, Şahin Camalov,  İradə Rzazadə, Vaqif Hüseynov, Nurlana Əliyeva, Kazım Əliyev, Hafiz Həsənov QHT qanunvericiliyinə sonuncu dəyişikliklərdən sonra həm praktikadan, həm də qanunvericilikdən irəli gələn problemlərdən danışıblar.

Tədbirin sonunda bu sahədə fəaliyyətlərin davamlı olması və bu prosesdə QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində yaradılan Hüquq və Monitorinq Komissiyasının mühüm rol oynadığı qeyd olunaraq hazırlanan təkliflər paketinin Şuraya təqdim ediləcəyi, müvafiq dövlət orqanları təmsilçiləri ilə müzakirələrin təşkil olunacağı bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541
avatar

Oxşar yazılar

Bakının bu qəsəbəsi qazsız qalacaq

Bakının bu qəsəbəsi qazsız qalacaq

20 iyul 2024 , 09:31
İyulun 7-də keçirilən qəbul imtahanlarının NƏTİCƏLƏRİ

İyulun 7-də keçirilən qəbul imtahanlarının NƏTİCƏLƏRİ

19 iyul 2024 , 19:13
İli  varlanmadan   başa vurmayacaqlar: Pula pul deməyəcək  BÜRCLƏR

İli varlanmadan başa vurmayacaqlar: Pula pul deməyəcək BÜRCLƏR

19 iyul 2024 , 18:26
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

19 iyul 2024 , 16:16
Hazırda ehtiyac meyarı nə qədərdir? – CAVAB

Hazırda ehtiyac meyarı nə qədərdir? – CAVAB

19 iyul 2024 , 15:50
Dolu, leysan və sel   XƏBƏRDARLIĞI

Dolu, leysan və sel XƏBƏRDARLIĞI

19 iyul 2024 , 14:34
Maşını niyə pəncərəsi açıq sürmək  olmaz?

Maşını niyə pəncərəsi açıq sürmək olmaz?

19 iyul 2024 , 14:23
Sabah çimərliklərdə gözlənilən hava şəraiti

Sabah çimərliklərdə gözlənilən hava şəraiti

19 iyul 2024 , 13:44