(R) “Qətər Hava Yolları” Həməd Beynəlxalq Hava Limanından təyyarə reysləri həyata keçirir
18 iyun 2014 11:00 (UTC +04:00)

(R) “Qətər Hava Yolları” Həməd Beynəlxalq Hava Limanından təyyarə reysləri həyata keçirir

27 May 2014-ci il tarixində “Qətər Hava Yolları” rəsmi olaraq bütün reysləri özünün yeni qovşağına – texnikanın ən son nailiyyətləri ilə təchiz olunmuş Həməd Beynəlxalq Hava Limanına köçürdü. Dünya dərəcəli ultramüasir obyekt Qətər dövlətinin milli aviadaşıyıcısı üçün yeni məskən olacaq.

 

Hava limanı ətrafında çoxlu maraqlı faktlar və söhbətlər dolaşır. Həmin faktlardan biri ondan ibarətdir ki, təyyarə qovşağını avialiman adlandırırlar və bu da təsadüfi deyildir. Axı, obyektin tikintisi üçün ərazinin böyük bir hissəsini Fars körfəzinin sularından qurutmaq lazım gəlmişdir. İldə 50 milyondan artıq sərnişinə xidmət etmək üçün nəzərdə tutulmuş və 17 milyard dollar büdcəsi olan bu obyektin tikintisi cəmi 9 il davam etmişdir, hava limanı özünün gələcək qonaqlarını ilk baxışdan hökmən heyran edəcək. 

 

Həməd Beynəlxalq Hava Limanının meydançasının ən müasir infrastrukturu və imkanları “Qətər Hava Yolları”nın beş ulduzlu servisinə çox yaxşı uyğun gəlir. Həməd Beynəlxalq Hava Limanından keçməklə tranzitlə səyahət edən sərnişinlər 600 000 kvadrat metr sahəni əhatə edən əsil incəsənət əsərini görmək kimi çox gözəl imkana malikdirlər. Hava limanının dizaynı tağlı tavanlar və arkaların çox yaxşı düşünülmüş bir-birinə bənd edilməsi ilə adamı heyran edir və bu da günəş şüalarını kəsir və zalları işıq seli ilə doldurmaqla təbii işıqlandırılmanın qeyri-adi gözəlliyini yaradır. Mağaza və restoranlar, əyləncə mərkəzləri, o cümlədən internet bağlantısı olan kompyuter guşələri, uşaq oyun meydançaları və digər saysız-hesabsız imkanların müxtəlifliyi interyerlərin gözəl dizayner həlləri ilə birgə Həməd Beynəlxalq Hava Limanından olan təəssüratları həqiqətən unudulmaz edəcək.     

 

Obyekt özü-üzlüyündə hava limanları infrastrukturunda müasirliyin ən böyük nailiyyətlərini təmsil edir: 5 ada zonalarında 138 qeydiyyat piştaxtası, onlardan 107 qeydiyyat piştaxtası Qətər Hava Yolları və digər aviaşirkətlərin Ekonom dərəcə sərnişinləri üçün nəzərdə tutulmuşdur. “Qətər Hava Yolları”nın Birinci dərəcə sərnişinləri üçün kreslolar yerləşdirilmiş 14 qeydiyyat zalı və “Qətər Hava Yolları”nın Biznes-klas sərnişinləri üçün 16 piştaxta. Bundan başqa Həməd Beynəlxalq Hava Limanı 41 kontakt çıxışa malikdir və onların sayı D və E terminallarının açılışı ilə 65 kontakt çıxışa qədər artacaq. Bunların içərisində təyyarəyə minik üçün 6 çıxış büsbütün A380 təyyarələrinə xidmət etmək üçün yaradılmışdır. “Qətər Hava Yolları” A380 təyyarəsinin 13 modelini sifariş etmişdir və birinci təyyarə ən yaxın gələcəkdə istismara daxil olacaq.            

 

 

“Qətər Hava Yolları” Qətər dövlətinin milli aviadaşıyıcısıdır. Hazırda inkişaf tempinə görə Qətər Hava Yolları dünyanın ən sürətlə böyüyüb artan hava yollarından biridir. Qətər Hava Yolları dünyada  ən gənc təyyarə parklarından birini işlətməkdədir. Hava daşımaları bazarında mövcudluğunun 17-ci ilində “Qətər Hava Yolları” 134 təyyarədən ibarət müasir təyyarə parkına malikdir və bu təyyarələr ilə dünyanın 6 qitəsində  137 başlıca biznes istiqamətləri və istirahət yerləri üzrə təyinat nöqtələrinə uçuşlar həyata keçirir.

 

30 Oktyabr 2013-cü il tarixində “Qətər Hava” Yolları vahid ümumdünya beynəlxalq avia alyansa qoşuldu və bununla da avia alyansın bütün həqiqi üzvləri içərisində fars körfəzi ölkələrindən olan yeganə aviadaşıyıcı oldu. Avia alyansa qoşulma alyansın tərkibində olan aviaşirkətlərin  müştərilərinə dünyanın 150-dən artıq ölkəsində olan və gündəlik 14,000 uçuş reysləri həyata keçirən minə yaxın hava limanından əlavə faydalanmaq imkanı verir.

 

Qatar Airways aviadaşıyıcısı Fransanın Le Burje rayonunda Paris aviasalonu çərçivəsində baş tutmuş 2013 Skytrax Ümumdünya Hava Xətti illik mükafatlandırılma mərasimində 3 nominasiya üzrə qalibdir. Aviaşirkət “Dünyanın Ən Yaxşı Biznes Klas”, “Dünyanın Ən Yaxşı Biznes Klas Salonu” (iki il ardıcıl olaraq) və “Yaxın Şərqdə aviaşirkətin ən yaxşı personalı” adlarına layiq görülmüşdür.

 

Dubai Air Show 2013 beynəlxalq sərgi zamanı aviaşirkət Boeing 777X sərnişin təyyarəsi və Airbus A330 yük təyyarəsindən ibarət 60-dan artıq yeni təyyarə sifariş etmişdir. Ümumilikdə Qətər Hava Yolları sifariş dəyəri 50 milyard ABŞ dollarından artıq olan 280-dən artıq təyyarə sifariş etmişdir. Aviaşirkət 2014-ci ilin birinci yarısında yeni nəqliyyat birləşmə qovşağına, Həməd Beynəlxalq Hava Limanına  köçəcək. Əlavə məlumat almaq üçün aşağıdakı internet sayta daxil olun: www.qatarairways.com

 

Əlavə məlumat üçün:

 

Qatar Airways Azərbaycan

Ünvan: Biznes-mərkəz “Bridge Plaza”

Bakixanov küç, 24, AZ-1065 Bakı, Azərbaycan

Tel: (+994 12) 404 89 01/02, Faks: (+994 12) 404 89 03

Sayt: www.qatarairways.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar