“Naxçıvan xalçaları ” təqdim edildi
11 noyabr 2013 15:18 (UTC +04:00)

“Naxçıvan xalçaları ” təqdim edildi

Naxçıvan Dövlət Xalça Muzeyində “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları” jurnalının 8-ci sayının, “Naxçıvan xalçaları” sənədli filminin  və muzeyin internet saytının təqdimat mərasimi keçirilib.

 

Lent. az-ın verdiyi məlumata görə, Xalça Muzeyində baş tutan mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, “Azər-İlmə” xalçaçılıq şirkətinin direktoru, dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradov çıxış edərək zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaçılığının inkişafı istiqamətində aparılan işlərdən danışıblar.

Tədbirdə qeyd olunub ki, Ali Məclis Sədrinin 2013-cü il 7 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı – xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətlərinə görə Vidadi Muradova “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı verilib.
Vasif Talıbov fəxri adın döş nişanını və vəsiqəsini Vidadi Muradova təqdim edib və ona yeni yaradıcılıq uğurları arzulayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1149

Oxşar yazılar