“Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova”
02 fevral 2015 12:39 (UTC +04:00)

“Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova”

 

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Milli Qəhrəmanlarımızın təbliği: Gültəkin Əsgərova” layihəsinin icrasına başlayıb.

 

Lent.az-ın məlumatına görə, layihədə məqsəd prezident, Ali Baş Komandan İlham Əliyevin  Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizi Gültəkin Əsgərova kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir. Layihə çərçivəsində QHT təmsilçiləri və hərbi-vətənpərvərlik mövzusunda yazan jurnalistlərin iştirakı ilə tədbir keçiriləcək. Tədbirdə səslənən təklif və tövsiyələr də nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən vətənpərvər siyasət, vətənpərvərlik yönümündə atılan addımlar, qəhrəmanlığı ilə gənclərimizə örnək olan Gültəkin Əsgərova ilə bağlı qısa məlumatların yer aldığı buklet hazırlanaraq dərc olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar