Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Magistr” jurnalının 4-cü sayı nəşr olunaraq bu gündən bakalavrların istifadəsinə verilib. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib. Bakalavrlar jurnal vasitəsi ilə 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsi, proqram seçimi və ixtisaslaşma seçimi haqqında elan, “Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi üçün təlimat, qəbul proqramının seçimi üçün “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi, “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşma seçilməsi və təsdiqi üçün təlimat, ixtisaslaşma seçimi üçün “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi, qəbul aparılan ixtisaslaşmalar, magistratura səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu ilə tanış ola bilərlər.
Qeyd edək ki, TQDK ali təhsil müəssisələrinin magistraturalarına qəbul planını açıqlayıb.