“KVN”çilərdən Maslyakova unikal hədiyyə
05 fevral 2014 18:45 (UTC +04:00)

“KVN”çilərdən Maslyakova unikal hədiyyə

Azərbaycanın Şən və Hazırcavablar Klubunun (ŞHK) oyunçuları klubun 50 illik yubileyində məşhur teleaparıcı və incəsənət xadimi Aleksandr Maslyakov barədə kitab yazıblar. Klubun aparıcı oyunçusu Bəhram Bağırzadənin Lent.az-a verdiyi məlumata görə, “Aleksandr Vasilyeviç Maslyakov “Bakılı oğlanlar”ın gözündə” adlanan əsər ŞHK-nın təşkilatçısına unikal hədiyyə olub.

 

Bağırzadə bildirib ki, kitabda oxucular azərbaycanlı “KVN”çilərin xatirələri ilə tanış ola bilərlər: “Bulanıq dövrlərin kəsişməsində bilmirdik ki, kimik və kim olacağıq. Uşaq ikən yeni dövrlərin tezliklə yetişəcəyini düşünürdük. Birdən darıxdırıcı sovet televiziya məkanında Aleksandr Vasilyeviç Maslyakov göründü və bizim dünyamızı gözəgörünməz rənglərlə boyadı. O, bir neçə gənc nəslə öz yolunu tapmaqda kömək etməklə həyatlarını qanadı altına aldı və məna ilə tamamladı”.

 

Məşhur aktyorun sözlərinə görə, “Aleksandr Vasilyeviç Maslyakov “Bakılı oğlanlar”ın gözündə” kitabı kommersiya layihəsi deyil, enerjisini gəncliyin yaradıcı məcraya yönəldən şəxsiyyətə təqdir və hörmətin əlamətidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204
avatar

Oxşar yazılar